Osman Nurmaqomedov Paris Olimpiadasında növbəti görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, təmsilçimiz 1/4 finalda San Marino təmsilçisi Mayls Amine ilə üz-üzə gəlib.

Dramatik keçən qarşılaşmada idmançımız rəqibinə məğlub olub - 16:14.

*** 14:37

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Unikal" xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Amin ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.