Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran-Lerik avtomagistralının Qurumba kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəklərinə çırpılıb.
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.