ABŞ prezidenti Co Bayden, prezidentlik müddəti bitmədən Qəzzada atəşkəsin mümkün olub-olmaması ilə bağlı suala “Bəli, hələ də mümkündür” - deyə cavab verib.
"Unikal" xəbər verir ki, Bayden bu fikri CBS kanalına müsahibəsi zamanı səsləndirib.
Qeyd edək ki. BMT TŞ-nin də dəstəklədiyi atəşkəs planının hələ də qüvvədə olduğunu vurğulayan Bayden, vəziyyətin regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün hələ də çalışdıqlarını deyib.