Parisdə Yay Olimpiya Oyunlarında işləyən 21 yaşlı könüllü ölü tapılıb.
"Unikal" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qız bağlanış mərasimi bitdikdən sonra yoxa çıxıb. Ertəsi gün isə onun Parisdəki mənzillərdən birində ölü tapıldığı bildirilib.
Onun başının sol tərəfində hematoma, boynunda isə yara olub.
Qeyd edilir ki, qətli törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb.