Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində “BMW” markalı avtomobilin sürücüsü, rayon sakini Əhməd Rəsulzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
"Unikal"ın məlumatına görə, xəsarət alan sürücü xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Murad İbrahimli