Bakı şəhərində qızına xəsarət yetirən şəxslə bağlı qərar verilib.
"Unikal"ın məlumatına görə, hadisə 18 iyul 2024-cü il tarixində, saat 21:00 radələrində Qaradağ rayonu, stansiya Puta yaşayış massivindəki evlərdən birində baş verib.
Belə ki, Yardımlı rayonu Ökü kəndində qeydiyyatda olan 1969-cu il təvəllüdlü S.Həsənov (ad-soyadlar şərtidir) qızı M.Həsənova ilə mübahisə edib.
Mübahisə zamanı S.Həsənov qızının müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Nəticədə M.Həsənovanın boyun nahiyəsinin hərəkət məhdudluğu da yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb.
Məhkəmədə M.Həsənova atası ilə barışdığını və ondan heç bir tələbinin olmadığını bildirib.
Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən iclasda S.Həsənov cinayət məsuliyyətindən azad edilib.
Murad İbrahimli