Ukrayna Kursk vilayətində törətdiyi terror aksiyaları ilə sülh danışıqları məsələsini uzadır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik brifinq zamanı deyib/
O, düşmənlə danışıqları qeyri-təbii və qeyri-adekvat adlandırıb: "Ukraynalı operator həyətdə anasının əlindən tutaraq oynayan uşaqları, qohumları ilə maşında olan uşaqları görəndə silah-sursatdan atəş açır".
Miroşnikin sözlərinə görə, Ukraynanın 11 cəbhəyanı bölgədə pilotsuz uçuş aparatlarından istifadə etməsi nəticəsində azı 43 azyaşlı yaralanıb, 9 nəfər həlak olub.
Ağarza Elçinoğlu