"Ermənistanda hakimiyyətə yaxın dairələr iddia edir ki, yolların blokdan çıxarılması məsələsi gündəmdən çıxarılıb".
"Unikal" xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Ermənistan həmin müqaviləni imzalayarkən ilkin olaraq 3 problem qoyub: "Ermənistan bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanımalı olduğunu bildirdi, lakin Azərbaycan ərazi parametrləri ilə Ermənistanı tanımır. Ermənistan bildirib ki, demarkasiya və delimitasiya prosesinin əsası konkret xəritə olmalıdır, 1979-cu ilin xəritələri müzakirə olunub, suverenlik, yurisdiksiya və qarşılıqlılıq əsasında kommunikasiyalar blokdan çıxarılmalıdır. İndi biz görürük ki, bu problemlərin heç biri sülh sazişinin əsasında öz əksini tapmayacaq. Belə olan halda, bir tərəfdən, sülh sazişi devalvasiyaya uğrayır, digər tərəfdən, bu, Ermənistanın blokadasının götürülməsinə təminat verməyəcək".
Politoloq qeyd edib ki, hər hansı məsələ sülh sazişindən kənarda qalırsa, sonradan Ermənistana təzyiq vasitəsi kimi istifadə olunur: "Mənə aydındır ki, Nikol Paşinyan Azərbaycana Konstitusiyanın dəyişdirilməsi ilə bağlı hər hansı vəd verib, əks halda bizim Xarici İşlər Nazirliyimiz Elçin Əmirbəyovun bəyanatını kəskin şəkildə təkzib edərdi. Lakin Paşinyan Konstitusiyanın dəyişdirilməsi üçün onlardan vaxt istəyib. Görünür, belə bir vəd verilib".
Ağarza Elçinoğlu