Ayın 10-da Braziliyada içərisində 58 sərnişin və 4 ekipaj üzvü olan,ümumilikdə 62 nəfərin həyatına son qoyan təyyarə qəzasında araşdırmalar davam edərkən, həyatını itirənlərlə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
"Unikal" xəbər verir ki, həyatını itirənlər arasında 8 xərçəng mütəxəssisi həkimin olduğu bildirilib.
Bildirilib ki, həkimlər peyvənd və xərçəng konfransına qatılmaq üçün səfərə gedib.
Bundan əlavə, Braziliya mətbuatından əldə edilən məlumatlarda təyyarədə 15 xərçəng mütəxəssisi həkimin olmasının planlaşdırıldığı, lakin son anda 7 həkimin təyyarəyə minmədiyi məlum olub.
8 xərçəng mütəxəssisindən biri olan həkim Leo Ferreira, şişlərə hücum edən bədənin T hüceyrələrini tənzimləmək üçün bir yol tapdığını iddia edib. Sözügedən fərziyyə gerçəkləşsəydi, xərçəngin müalicəsi tam olaraq kəşf ediləcəkdi.
62 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının əczaçılıq şirkətləri tərəfindən təşkil edilmiş ola biləcəyi iddia olunub.
Zərifə Nağıyeva