Özbəkistan prezidenti Şavkat Mirziyoyevin kiçik qızı yeni vəzifə verilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şahnoza Mirziyoyeva Özbəkistan Respublikası Milli Paralimpiya Komitəsi sədrinin birinci müavini təyin olunub. 

Qeyd edək ki,  o, 2023-cü ildən Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini vəzifəsində çalışırdı. 

Gülayə Mecid