Ukrayna prezidenti Volodimir Zelenski, günün əvvəlindən Rusiyanın Kursk vilayətində müxtəlif yerlərdə 1-2 kilometr irəliləyiş əldə etdiklərini bildirib.
"Unikal" xəbər verir ki, Zelenski sosial media hesabındakı paylaşımında Baş Qərargah rəisi Aleksandr Sirskidən videokonfrans vasitəsilə cəbhə xəttinin mühüm bölgələrində, xüsusilə Toretsk və Pokrovskdakı vəziyyət və Rusiyanın Kursk vilayətindəki əməliyyatla bağlı məruzə aldığını bildirib.
Kursk bölgəsində irəliləməyə davam etdiklərini bildirən Zelenski, "Günün başından bu yana müxtəlif yerlərdə 1-2 kilometr irəlilədik. Eyni müddət ərzində 100-dən çox rus əsgəri əsir götürüldü", - deyib.
Ukraynanın şərqindəki vəziyyəti bir an belə unutmadıqlarını qeyd edən Zelenski, tərəfdaşlarının verdiyi yardım paketləri ilə bölgənin güclənməsinə göstəriş verdiyini qeyd edib.
Gülayə Mecid