Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki "Mirage" hərbi təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "L'Est Republicain" qəzeti məlumat yayıb.

Qəza ölkənin şimal-şərqində baş verib. 

Pilotlardan biri katapult edərək xilas ola bilib. O, xəstəxanaya yerləşdirilib. Digər təyyarədən və pilotdan isə hələ də xəbər yoxdur. 

Xilasetmə əməliyyatı başlayıb.

Ağarza Elçinoğlu