Rusiya Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına xitam verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib .
"2024-cü il avqustun 1-də Rusiya Federasiyası adından 1996-cı il fevralın 28-də Strasburqda imzalanmış Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası Rusiya Federasiyası ilə konvensiyanın digər iştirakçıları arasında münasibətlərə xitam verilib", - sənəddə deyilir.
Rusiyada milli azlıqların müdafiəsi Rusiya Federasiyasının Konstitusiyası ilə müəyyən edilir və təmin edilir, eyni zamanda federal mərkəzin və Rusiyanın bölgələrinin birgə yurisdiksiyasındadır.