Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
"Unikal" xəbər verir ki, görüş Ankarada baş tutub.
Prezident İqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, M.Abbas Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış etmək üçün Ankaraya səfər edib.