ABŞ Prezidenti Co Bayden Barak Obamanın şəxsən ona seçki yarışından geri çəkilməyin zəruriliyi barədə demədiyinə, habelə Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin seçkidən geri çəkilməsi ilə bağlı təzyiqlərinə görə məyus olub.
“Unikal” xəbər verir ki, bu barədə “Politico”nəşri yazır.
Məlumata görə, Bayden ən yaxın tərəfdarlarına bildirib ki, o, prezidentlik yarışından geri çəkilmək qərarı ilə barışsa da, lakin onu buna məcbur edən Demokratlar Partiyasının bir sıra üzvlərindən - Barak Obama, Nensi Pelosi və Çak Şumerdən küsüb.