Uzun sürən yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikanı bürümüş daşqınlar nəticəsində 70-dən çox insan həlak olub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.
"Unikal" xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Məlumata görə, 62 min yaşayış binası dağıdılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çad kimi ölkələrdən gedir.
Çadda daşqınlar 240 mindən çox sakinə ziyan vurub. Böyük fəlakət onların evlərini məhv etməklə yanaşı, ərzaq məhsullarını da məhv edib.