Nigerin Mehana rayonunda, Burkina-Faso ilə sərhəd yaxınlığındakı altı kənd və kiçik yaşayış məntəqəsinə silahlıların hücumları nəticəsində azı 15 mülki şəxs ölüb, daha bir neçə nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Agence France-Presse” ordu mənbələrinə istinadən xəbər verib.
Cavab tədbirləri zamanı hökumət ordusunun bölmələri iki terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitələrini məhv edib.