ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

“Unikal” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Söhbət zamanı onlar Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı müzakirə ediblər.

Qeyd edək ki, Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-i Qətərin paytaxtı Dohada baş tutacaq.