Hindistan Rusiyanın Bryansk, Belqorod və Kursk vilayətlərində yaşayan vətəndaşlarını təxliyə etməyə çağırır.
"Unikal" xəbər verir ki, bu barədə Hindistanın Moskvadakı səfirliyinin saytında qeyd olunub.
Onlara müvəqqəti olaraq Rusiyanın digər bölgələrinə köçmək tövsiyə edilib: "Bryansk, Belqorod və Kursk vilayətlərində baş verən son təhlükəsizlik insidentlərini nəzərə alaraq, Hindistan vətəndaşlarına lazımi ehtiyat tədbirlərini görmələri və müvəqqəti olaraq bu bölgələrdən kənara çıxmaları tövsiyə olunur".
Ağarza Elçinoğlu