ABŞ Prezidenti Co Bayden Qəzza zolağında girovların qaytarılması və atəşkəslə bağlı danışıqlardan əl çəkəcəyi təqdirdə baş nazir Benyamin Netanyahunu açıq şəkildə günahlandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə “Haaretz” mənbələrə istinadən məlumat yayıb .
“Bayden administrasiyası İsrailə və radikal Fələstinin HƏMAS hərəkatına əlavə danışıqlar olmadan bəli və ya xeyr təklifi verə bilər. Netanyahu “yox” desə, Bayden ilk dəfə danışıqların uğursuzluğuna görə açıq şəkildə İsrailin baş nazirini günahlandıracaq”, – qəzet yazır.
Nəşr qeyd edir ki, Vaşinqton HƏMAS ilə razılaşmaya etiraz edən hökumətdəki radikal sağçılar, yəni milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı “müəyyən addımlar ata bilər”.
Avqustun 9-da Qətər, Misir və ABŞ liderləri birgə bəyanatda Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər. Onlar İsrail və HƏMAS-ı “bütün qalan boşluqları doldurmaq və heç bir gecikmə olmadan sazişin icrasına başlamaq” üçün avqustun 15-də Doha və ya Qahirədə danışıqları bərpa etməyə çağırıblar.
Gülayə Mecid