Yeni akkumulyatoru ilə təqdim edilən 2025 model "Zeekr 007" cəmi 10,5 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər doldurulur.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Zeekr 007" Çin elektrik avtomobil istehsalçısı "Geely"nin alt brendi olaraq, elektrikli avtomobil sənayesində yeni zəmin yaratmağa davam edir.
Bu yaxınlarda təqdim edilən 2025 "Zeekr 007" modeli xüsusilə sürətli enerji doldurma texnologiyası ilə diqqət çəkib.
Avtomobil ikinci nəsil Qızıl Batareya ilə təchiz edilib. Bu batareya cəmi 10,5 dəqiqə ərzində yüzdə 10-dan yüzdə 80-ə qədər doldurula bilir. Bu o deməkdir ki, o, əvvəlki nəsildən 4,5 dəqiqə daha sürətlidir .
"Zeekr" iddia edir ki, bu akkumulyator dünyanın ən sürətli doldurulan kütləvi istehsal batareyasıdır. Üstəlik, bu yüksək sürət təhlükəsizliyə xələl gətirmədən əldə edilir.
Gülayə Mecid