Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvettada hotelin qarşısında insanlara əl qumbarası ilə hücum edilib.
"Unikal" xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Səlahiyyətlilər yaralıların müalicə altına alındığını bildiriblər.
Qeyd edək ki, əl qumbaralı aksiya xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücum olub.
Zərifə Nağıyeva