Tayvanın şimal-şərqindəki Yilan qraflığında 5,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələ adanın paytaxtı Taybeydə də binaları silkələyib.
Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin mənbəyi Taypeyin şimal-şərq sahilləri yaxınlığında, 9 km dərinlikdə yerləşib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələdən dərhal sonra Taypeydə metronun sürəti azalıb.