Ukrayna və Rusiya Kursk vilayətində gedən döyüşlər zamanı əsir düşən hərbçilərin mübadiləsi ilə bağlı danışıqlara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
FT qeyd edir ki , Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, onun rusiyalı həmkarı Tatyana Moskalkova hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqlara başlamaq üçün onunla əlaqə saxlayıb.
Bu məsələ ilə bağlı danışıqlar aparan Ukrayna hərbi kəşfiyyatı mübadilə üzərində iş aparıldığını nəşrə təsdiqləyib.
Ukrayna tərəfi əsir götürülən rus hərbçilərinin dəqiq sayını açıqlamır. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 18 hərbçisinin əsir götürüldüyünü bildirmişdi.
Gülayə Mecid