İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin əsgəri Əhməd Rza Əfşari öldürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi yazıb. 

O, Suriyada hava hücumu zamanı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. 

İran mediası Əfşarinin Suriyaya hücum edən koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumundan sonra sağalmaq məqsədilə bir neçə gün əvvəl İrana aparıldığını bildirmişdi. 

Ağarza Elçinoğlu