ABŞ-nin Minnesota ştatında içki mağazasında silahlı soyğunçuluq cəhdinin qarşısı mağaza sahibinin 8 yaşlı qızı tərəfindən alınıb.

"Unikal" xəbər verir ki, təhlükəsizlik kameralarında qeydə alınan görüntülərdə soyğunçu silahı ilə seyfdəki pulu tələb edərək mağaza sahibi ilə dava etdiyi görülüb.

Bu vaxt balaca qız beysbol çubuğu ilə oğruya hücum edərək atasını xilas edib.

Polis quldurluğa cəhddə şübhəli bilinən şəxsi həbs edib. Kiçik qızın atası "Mən onunla fəxr edirəm, o, çox güclüdür", - deyə bildirib.

Zərifə Nağıyeva