Amerika administrasiyası hesab edir ki, İran İsrailə mümkün hücum ideyasından əl çəkməyib və bu, hər an baş verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına bildirib.
"Bizdə olan məlumatlar göstərir ki, İran İsrailə hücum etmək fikrindən əl çəkməyib. Mümkün hücumda “Hizbullah” hərəkatı və Yəmən husilərinin əli ola bilər. Beləliklə, biz onların bir şey edəcəyini güman edirik və bu, yaxın günlərdə, istənilən vaxt baş verə bilər", - deyə diplomat qeyd edib.
Ağarza Elçinoğlu