Türkiyədə səfərdə olan Fələstin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edib.
"Unikal" xəbər verir ki, o, çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
"Mən sizə mübarək Fələstin və Qüdsdən gəlirəm. Mən sizə böyük ağrılar yaşayan xalqımın mesajı ilə gəlmişəm, mən 1948-ci ildən bəri əziyyət çəkən xalqım adından gəlirəm. Torpağımıza, vətənimizə, müqəddəslərimizə sarılaraq İsrailin cinayətlərinə qarşı böyük mübarizə aparırıq. İnanırıq ki, bu bəla bir gün bitəcək. İsrailin xalqımıza, torpağımıza və müqəddəs məkanımıza qarşı cinayətlərini qınayan bütün vətəndaş təşkilatlarını təbrik edirəm. Qardaş türk xalqına təşəkkür edirəm. Xalqımızın türk xalqını unutması mümkün deyil. Xüsusilə İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı məhkəmə prosesində Türkiyənin iştirakını təbrik edirəm. Fələstin davası Türkiyədə əsas məsələyə çevrilib ki, bu da türk xalqının mənəviyyatının göstəricisidir”, - deyə Abbas bildirib.
Onun bu çıxışı TBMM üzvləri tərəfindən alqışla qarşılanıb.
Zərifə Nağıyeva