ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Vaşinqtonun İranla mehribanlaşacağına söz verib. 

"Unikal" xəbər verir ki, bu barədə Respublikaçı namizəd müvafiq bəyanatla Nyu Cersidə keçirdiyi mətbuat konfransında çıxış edib.

“Mən İrana qarşı pis olmaq fikrində deyiləm. Biz İranla dost olacağıq, mən buna ümid edirəm”, - Tramp vurğulayıb.