Hindistan Kosmik Agentliyi (ISRO) avqustun 16-da EOS-08 Yerin müşahidə peykini kosmosa çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə Space.com məlumat yayıb.
34 metrlik Kiçik Peyk Başlatma Vasitəsinin (SSLV) buraxılışı Şriharikota maneə adasındakı kosmodromdan həyata keçirilib.
Raket çəkisi 175,5 kiloqram olan EOS-08 peykini Yerdən 475 km yüksəklikdə dairəvi orbitə çıxarıb.