Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilləri arasında dava düşüb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.
Şıkın çıxışı zamanı o, AKP sıralarına “Sizin utanmazsınız” deməsi, parlamentdəki cərgələrdə gərginliyi artırıb.
Parlamentin iclasındakı fasilədən sonra millət vəkilləri bir-biri ilə mübahisə edib. TBMM-dən paylaşılan görüntülərdə yerdə qan damcılarının olduğu görülüb.
Gülayə Mecid