Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd olunub ki, bu, Putinin statusuna görə ən yüksək səviyyəli dövlət səfəri olacaq.
Danışıqların mövzuları arasında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər” xüsusi yer tutur.
Kremlin bəyanatında qeyd edildiyi kimi, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Ağarza Elçinoğlu