Abyan əyalətində hərbi postda kamikadze hücumu nəticəsində 12 Yəmən əsgəri həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu Mudia bölgəsində təhlükəsizlik qüvvələrinin ərazisinə bomba yüklü avtomobillə daxil olub.

Hələlik heç bir qrup hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin Ərəbistan Yarımadasındakı Əl-Qaidə (AQAP) ilə əlaqəsi olan yaraqlılar Yəməndəki hərbi hədəflərə hücumları artırıblar.