"Barselona"nın məşqçilər korpusunda yer alan Tiaqo Alkantara komandanı tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı keçmiş futbolçunun "Barselona"dakı işi cəmi 1 ay çəkib. O, ötən ayın 17-də sabiq klubunda Hans Diter Flikin köməkçisi təyin edilmişdi. Tiaqonu klubun gənclərdən ibarət komandası ilə işləyən Arnau Blanko əvəzləyib. 

Qeyd edək ki, iyulun 7-də futbolçu karyerasını başa vuran Alkantara Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ikiqat qalibi, yeddiqat Almaniya çempionu, dördqat İspaniya çempionudur. Onun İspaniya millisində 46 oyunda 2 qolu var.