Dubayda 14 yaşlı Hindistan vətəndaşı olan məktəbli qız imtahanda köçürdüyünə görə intihar edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən qız müəllimi tərəfindən imtahandan xaric edilib. Evə gedən yeniyetmə etdiyi hərəkətdən utanıb və məktub yazaraq intihar edib.
Qız "Jumeirah Lakes Towers"in 17-ci mərtəbəsindən özünü atıb. Onun meyitini təmizlik işçisi tərəfindən tapılıb.