Gələn həftə Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu baş tutacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-dən olan vasitəçilər Dohada keçirilən məsləhətləşmələrin yekunu üzrə dərc olunmuş birgə kommünikedə bildiriblər.