Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.
"Unikal" “Reuters”a istinadla xəbər verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.