Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.
"Unikal" xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
Siyahı ilə bu linkə keçid etməklə tanış olmaq olar.
Qeyd edək ki, namizədlər siyahısında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun, onun müavini işləmiş Anar İbrahimovun və Seymur Talıbovun adları yoxdur.