İsrail hərbi aviasiyası Qəzza və  Livanda hücumlar həyata keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa İsrailin aviazərbələri nəticəsində 15 nəfər ölüb. Onlarla insan yaralanıb. 

Qırıcılar Livanın cənubunu da vurub. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub.