Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz Ölkəm” layihəsi çərçivəsində ümumrayon iməciliyi keçirilib.
"Unikal" xəbər verir ki, rayonun Ziyadlı kəndində Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər. İməcilikdə əsasən yolun kənarına yeni əkilmiş ağacların ətrafı qurumuş ot, ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilmişdir.