Yaponiyanın İzu adasının sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Zəlzələ təxminən 122 min nəfər əhalisi olan Kisarazu şəhərindən 396 km cənub-şərqdə baş verib. Onun mənbəyi 10 km dərinlikdə yerləşib. Seysmik hadisədən sonra sunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, son günlərdə Yaponiyada 4-4,5 bal gücündə zəlzələlər baş verir.