Nigeriyanın Benue əyalətində 20 tibb tələbəsi qaçırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Benue polisinin sözçüsü Catherine Anene açıqlama verib. Onun sözlərinə görə, Benue əyalətindən Enugu əyalətinə gedən tibb tələbələrinin olduğu avtobusun Otukpo bölgəsində silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.
Anene hücumda 20 tibb tələbəsinin qaçırıldığını qeyd edib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Anene, hadisə ilə bağlı istintaq başladıldığını da vurğulayıb.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.