Dünyanın ən turistik şəhərlərindən biri olan İtaliyanın paytaxtı Romada çox sayda qağayı, siçan, eşşəkarısı və ilanlar peyda olub.
"Unikal" xarici KİV-ə istinadla bildirir ki, erli əhalinin dediyinə görə, İtaliyanın paytaxtı Roma siçan və ilanların sayının artması səbəbindən vəhşi meşəyə çevrilib.
Səlahiyyətli şəxlər bunun Romada yüksək temperatur və bitib-tükənməyən zibil problemi səbəbindən yarandığını bildiriblər.
Ölkədə təhlükəli vəhşi heyvanları tutmaqla məşhur olan zooloq Andrea Lunerti bu yay ilanlarla bağlı çağırışlara cavab verə bilmədiyini açıqlayıb. Xüsusilə ilanların sayının artdığını qeyd edən Lunerti, qış aylarında belə isti havaların bunda təsirli olduğuna diqqət çəkib.
Lunerti ilanların terraslarda, bağlarda və məktəb binalarında gizləndiyini, Roma xalqının böyük çaxnaşma yaşadığını bildirib.
Mütəxəssislər vurğulayırlar ki, Roma tullantıların idarə olunmasını tənzimləmədən bu problemdən xilas ola bilməz. Roma şəhər administrasiyası tənqidləri rədd edir və narahat olmağa heç bir şeyin olmadığını müdafiə edir.
Xatırladaq ki, eyni hal Fransanın paytaxtı Parisdə də hökm sürür.