"ABŞ hökuməti Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti ATƏT-in keçmiş Minsk qrupunun gələcəyi və Vaşinqtonun məsələyə münasibəti ilə bağlı sualı cavablandırarkən bəyan edib.
"Biz hər iki tərəflə onların razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırıq", - deyə Dövlət Departamenti qeyd edib.