Ağstafa RİH başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə son zaman Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerində tanış olub, eyni zamanda, şəhərdaxili yolları və küçələri gəzərək görülməsi vacib işlərlə bağlı məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələrini verib.

"Unikal" xəbər verir ki, görülən işlərə dair söhbət aparılan sakinlər, ümumilikdə Ağstafa rayonunun inkişafı, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə icra olunan abadlıq-quruculuq tədbirlərinin yüksək dövlət qayğısı olduğunu vurğulayaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.