Almaniya hökuməti Ukraynaya verilən tank və digər silahları alman silahı hesab etmir.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner İsveçrənin SRF radiostansiyasına müsahibəsində bildirib.
"Silahlar Rusiyadan özünü müdafiə edən və özünümüdafiə hüququndan istifadə edən Ukraynanın məsuliyyətinə keçib", - deyə Lindner bildirib.
Həmin müsahibədə o, İsveçrəni İsveçrə hərbi materiallarının Ukraynaya ötürülməsini qadağan etdiyinə görə tənqid edib.