Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Qroznıda "Tesla" şirkətindən gülləkeçirməz "Cybertruck" pikapına idarə edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bundan sonra amerikalı iş adamı İlon Maskı paytaxt Qroznıya dəvət edib.

"Yaxşı cihaz. Belə nəqliyyata görə İlon Maska təşəkkür edirəm . Qroznıya gəl, səni ən əziz qonağım kimi qəbul edərəm! Düşünmürəm ki, bizim Rusiya Xarici İşlər Nazirliyi belə bir səfərin əleyhinə olacaq", - Çeçenistan lideri qeyd edib.