Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin intensivliyinin azalmasından şikayətlənib.
"Unikal" xəbər verir ki, o, bu barədə ukraynalılara müraciətində danışıb.
"Britaniya real liderlik nümayiş etdirir. Həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə. Bu, minlərlə insanımızı xilas etdi. Böyük Britaniyanın gücünə həqiqətən uyğun gələn bir şey. Amma indi, təəssüf ki, vəziyyət səngiyib”, - Zelenski qeyd edib.
Qeyd edək ki, Rusiya i xüsusi hərbi əməliyyatı başlayandan bəri London yardım məsələlərində birinci yeri tutub.