Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı "şeytan çarxı"ndakı yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, atraksionun kabinələrindən biri yanıb, daha sonra alov ikinci kabinəyə keçib.
Polis sözçüsünün verdiyi məlumata görə, dördü polis olmaqla 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarətlər aldığı ehtimal edilir. Alman Qırmızı Xaç Cəmiyyətinin əməliyyat şöbəsinin rəhbəri iki nəfərin ağır yaralandığını bildirib.