Qəzzada aparılan əməliyyat zamanı daha 2 İsrail hərbçisi ölüb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Maddi-texniki təminat korpusunun briqadasının 34 yaşlı iki mayoru – Mordexay Yosef Ben Şuam və Yotam İtsxak Pelets dünən Qəzzada hərbi kolonun hərəkəti zamanı yolda quraşdırılmış bombanın partlaması nəticəsində həlak olublar. Partlayış nəticəsində yaralananlar da var.
Bununla da Qəzzada aparılan quru əməliyyatları zamanı ölən İsrail hərbçilərinin sayı 331-ə çatıb. Ümumilikdə oktyabrın 7-dən Qəzzada vəziyyətin gərginləşməsindən sonra ölən İsrail hərbçilərinin sayı isə 691 nəfərdir.